Təxribata əl atan Ermənistan ordusu 3 hərbçisini itirib

A- A A+

Ermənistan silahlı qüvvələri yenidən atəşkəs razılaşmasını pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hazırda hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb.

Ermənistan tərəfi həmişəki kimi bu dəfə də atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışıb. Bu məqsədlə guya atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yalan məlumatları dövriyyəyə buraxıb.

Daha sonra Ermənistan Müdafiə Nazirliyi 3 hərbi qulluqçusunun ölməsi barədə xəbər yayıb. Lakin öldüyü deyilən hərbçilərlə bağlı əlavə məlumat verilməyib.

Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: