Köçəryan Petrosyanla razılaşmalı oldu – Xilas yolu Azərbaycan və Türkiyə ilə sülh sazişlərindən keçir

A- A A+

Keçmiş Dağlıq Qarabağda separatizmin əsasını qoyanlardan biri, torpaqlarımızın işğalının və azərbaycanlılara qarşı soyqırımların memarı olan şəxs – Robert Köçəryan hazırkı vəziyyətdə çarəsiz durumda olduqlarını etiraf edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bir neçə gün əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında hazırkı durumun Ermənistan və Qarabağ erməniləri üçün ağır olduğunu, xüsusən də bölgədə Ermənistanın rolunun xeyli azaldığını, əsas söz sahibi Türkiyə və Azərbaycanın olduğunu etiraf edib. Köçəryanın bir başqa etirafı Rusiya və KTMT-nin bölgədə rolunun və Azərbaycana təsir imkanlarının azalmasıyla bağlıdır.

Köçəryan “Bəs çıxış yolu nədir” sualına cavab verə bilməyərək, əvvəlcə hakimiyyətə yiyələnməyin vacib olduğunu bildirib. Ancaq bunun çıxış yol olmadığını Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib. O, Ermənistan üçün çıxış yolunun Qarabağ məsələsinin unudulmasından, o cümlədən Azərbaycan və Türkiyə ilə sülh sazişlərinin imzalanmasından keçdiyini bildirib. Köçəryan Levon Ter-Petrosyanın bu yanaşmasını qəbul etməsə də, hakimiyyətə gəldiyi halda vəziyyətdən çıxış yolunu göstərə bilməyib".

“Qarabağın Azərbaycandan asılılığı artıb. Azərbaycan Ermənistanla Qarabağı birləşdirən yeni yol çəkib, ancaq kommunikasiya xətləri köhnə yoldan keçir və onlara Azərbaycan nəzarət edir. Bu isə Qarabağın Azərbaycandan asılılığını artırıb. Buna görə Qarabağı idarə edənlərin Bakı ilə əməkdaşlığıa ehtiyacı var”,- deyə Köçəryan bildirib.

Beləliklə, xalqımızın başına gətirilən müsibətlərin memarlarından olan şəxs də çarəsiz durumda olduqlarını etiraf edib. O, hakimiyyətin dəyişdirilməsi zərurətini vurğulasa da, bölgədə Azərbaycan və Türkiyə amili ilə hesablaşmaq məcburiyyətində qaldığını etiraf edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: