Yaponiya portalı 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi barədə məlumatlar yayıb - FOTOLAR

A- A A+

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalaması barədə məlumatlar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda yapon izləyicilərə ulu öndər Heydər Əliyevin ölkəmizin tarixində oynadığı böyük və əvəzedilməz rol barədə ətraflı məlumat verilir. Sərəncama istinadla qeyd edilir ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olacaq. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən gələn il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: