Sankt-Peterburqda MDB PA-nın komissiya iclası keçiriləcək

A- A A+

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 8-dən 11-dək Rusiya Federasiyasında səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda quruma üzv ölkələrin əmək və miqrasiya kodekslərinin model variantlarının işlənməsi, QİÇS-lə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların sağlamlığının qorunması ilə bağlı problemlər və digər məsələlər müzakirə ediləcək. Milli Məclisin deputatı iclasda müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: