Ötən ay azad olunmuş ərazilərdə daha 2442 mina aşklarlanıb

A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 464.06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: