Polşanın Lublin şəhərində VII Şərqi Avropa Təşəbbüsləri Konqresi keçirilib. Konfransın mövzusu Mərkəzi və Şərqi Avropada müstəqillik ənənələrinə, azadlıq və vətəndaş hüquqlarına həsr olunub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov konqresdə iştirak edib. O, “Müstəqillik arzuları – müstəqilliyin 100 illiyi” panelinin açılış sessiyasında çıxış edib.
Konqresdə regional əməkdaşlıq, transmilli münasibətlər, həmçinin bir sıra humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb.