Prezident İlham Əliyev: Biz Səudiyyə Ərəbistanı hökumətinin və xalqının dəstəyini hər zaman hiss etmişik

A- A A+

Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən bildirib.

“Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İşğaldan azad edilmiş torpaqlarımızda irimiqyaslı yenidənqurma proqramının həyata keçirildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti deyib ki, biz qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik: “Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: