MDB ölkələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək.

Xatırladaq ki, iclas ilə bağlı təşkilati məsələlər sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkədə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin arasında baş tutmuş görüşdə müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: