İsrail mətbuatı erməni saxtakarlığından yazıb

A- A A+

İsrailin geniş oxucu kütləsinə malik ən nüfuzlu nəşrlərindən olan “İsrael Ha Yom”da ermənilərin növbəti saxtakarlığından bəhs edən “Ermənistan-Azərbaycan münaqişəsi və Pallivud: saxta şəkillərin istismarı” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, tanınmış israilli politoloq, jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham müəllifi olduğu məqalədə Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Bərdəyə məlum raket hücumundan sonra şəhərin zərər çəkmiş sakinlərinin fotoşəkillərini cari ilin sentyabrında təcavüzkarın ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribat zamanı “Azərbaycanın mülki infrastruktura hücumunun qurbanı olmuş ermənilər” kimi qələmə verdiyini və bunun ermənilərin eyni qəbildən olan ilk saxtakarlığı olmadığını qeyd edib.

Qeyd olunub ki, sosial şəbəkələr son günlər Azərbaycanın erməni hərbi əsirlərini edam etməsi ilə bağlı yalan iddialarla dolub və bu xəbərlərə istinadən beynəlxalq ictimaiyyətin bəzi üzvləri Azərbaycanı qınayıb. Bununla belə, Azərbaycanı qınayanlardan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar öz ittihamına əlavələr etmək qərarına gəlib: “Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bütün bunları araşdırmaq və əsl günahkarları məsuliyyətə cəlb etmək lazımdır. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və bu yaraları sağaltmaq üçün məsuliyyət lazımdır”. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin İkinci Qarabağ müharibəsində sözügedən saxtakarlığın ermənilər tərəfindən geniş miqyasda tətbiq edildiyi vurğulanan məqalədə adıçəkilən ölkədə saxta xəbərlər kampaniyasının tarixinin 1918-ci ildə daşnak qəzetlərinin fəaliyyətinə gedib çıxdığı diqqətə çatdırılıb. Təsadüfi deyil ki, həmin illərdə Qafqazda yaşayan britaniyalı müxbir Skotland Liddell daşnak qəzetlərini Ermənistan-Azərbaycan münaqişəsini alovlandırmaq məqsədilə mütəmadi olaraq yalan və təxribat məzmunlu məqalələr dərc etməkdə tənqid edib. Ölkəmizin cəbhəyanı rayonunda yaşayarkən nənəsi ilə birlikdə qətlə yetirilmiş 2 yaşlı azərbaycanlı Zəhranı xatırladan müəllif beynəlxalq ictimaiyyəti ermənilərin yaratdığı saxta xəbərlərdən deyil, erməni vəhşiliyinin qurbanı olmuş azyaşlı azərbaycanlı qızdan danışmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: