AŞPA prezidenti: Cənubi Qafqazda fikir ayrılıqlarının həllinin vaxtı gəlib çatıb

A- A A+

Azərbaycan və Ermənistanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıram.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks qurumun payız sessiyasının açılışındakı çıxışında deyib. O, son vaxtlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin insanlara mənfi təsir göstərdiyini bildirərək deyib: “Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram”.

AŞPA prezidenti bildirib ki, artıq fikir ayrılıqlarının həlli üçün vaxt gəlib çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: