AŞPA-nın payız sessiyasının plenar iclasında Avropada islamofobiya məsələsi müzakirə olunacaq

A- A A+

Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası işini davam etdirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AŞPA-nın payız sessiyasının ikinci günü siyasi qrupların iclası ilə başlayıb. Payız sessiyasının plenar iclasında “Qərbi Balkanlar üçün Avropa perspektivini dəstəkləmək” mövzusunda məruzə dinlənilib.

İclasda İrlandiyanın Prezidenti Maykl Higgins parlamentarilər qarşısında çıxış edəcək və onların suallarını cavablandıracaq. Günün ikinci yarısı Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç də parlamentarilərin suallarını cavablandırması ilə başlayacaq və sessiya isveçli parlamentarinin “Avropada islamofobiya və antimüsəlman irqçiliyi ilə bağlı maarifləndirmə və ona qarşı mübarizə” məruzəsi ilə işini davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: