AŞPA-nın payız sessiyasının plenar iclası işini davam etdirir

A- A A+

Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının oktyabrın 12-dəki plenar iclası hazırda Avropa Şurası nazirlər Komitəsinin sədri qismində İrlandiyanın Avropa Məsələləri üzrə dövlət katibi Tomas Bayrnın Nazirlər Komitəsinin kommunikasiyasının təqdimatı ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İrlandiyanın dövlət katibi çıxışından sonra təşkilatın sədri qismində avropalı parlamentarilərin suallarını cavablandıracaq. Albaniyanın Baş naziri Edi Rama isə plenar iclasın ikinci hissəsində çıxış edəcək.

Bu gün avropalı parlamentarilərin Türkiyə, Rumıniya və Macarıstanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərinə riayət edilməsinə dair məruzələri dinləniləcək. Plenar iclas işini sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, deportasiya zamanı qeyri-qanuni miqrasiya idarəçiliyi tədbirlərinə dair cari məsələlərin müzakirəsi ilə davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: