Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarına Bartındakı partlayışla bağlı verdiyi başsağlığına görə təşəkkür edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə türkiyəli nazir “Twitter“ hesabında paylaşım edib.
“Ceyhun qardaşım, başsağlığına görə təşəkkür edirəm. Can Azərbaycanın bu çətin günlərdə dəstəyi çox qiymətlidir", - deyə Çavuşoğlu qeyd edib.