Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan və Cəbrayıl rayonlarına səfərləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir
Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıl rayonlarına səfərləri, iştirak etdikləri tədbirlər və çıxışları zamanı səsləndirdikləri fikirlərə geniş yer veriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gaxa.ge, aktual.ge, 24news.ge, interpress.ge informasiya portalları və 1.tv, maestro tv. televiziya kanallarının müxtəlif dillərdə yayımladığı materiallarda hər iki ölkə başçısının maraqlı fikirləri yer alıb.
Dövlət başçılarının Zəngilan aeroportunun açılışında, eləcə də Cəbrayılda iştirak etdikləri digər tədbirlərdə söylədikləri fikirlərə dair müxtəlif xəbərlər paylaşılıb.