Tərtərdə bir nəfər minaya düşüb

A- A A+

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində bir nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ilkin araşdırmalarla 1996-cı il təvəllüdlü Samir Əlizadənin həmin ərazidə olarkən minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: