MN: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır

A- A A+

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açması məlumat həqiqəti əks etdirmir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: