İrakli Qaribaşvili: Bizim ümumi məqsədimiz regionda dostluğu, dinc əməkdaşlığı və rifahı təmin etməkdir

A- A A+

Prezident İlham Əliyevi Gürcüstanda qonaq etməkdən çox şadam.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabındakı paylaşımında qeyd edib.

“Biz Prezident İlham Əliyev ilə Azərbaycan və Gürcüstan arasında uzunmüddətli strateji tərəfdaşlığı, onun perspektivlərini və böyük potensialını müzakirə etdik. Bizim ümumi məqsədimiz regionda dostluğu, dinc əməkdaşlığı və rifahı təmin etməkdir”, - deyə, İ.Qaribaşvili vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: