Ərəb mediası Şuşada “Dədə Qorqud Türk Dünyası Film Festivalı” keçiriləcəyi barədə xəbəri yayımlayıb

A- A A+

Əlcəzairin “Əl Hərir” və ərəb ölkələrinin vahid “Tourismnews” portallarında Şuşada “Dədə Qorqud Türk Dünyası Film Festivalı” keçiriləcəyi barədə xəbəri yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, xəbərdə qeyd olunub ki, festivalın Şuşada keçiriləcəyi barədə məlumat verən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan tədbirin təşkilində məqsədin ortaq film istehsalı və türk respublikalarının nazirlərinin bir araya gəlməsi olduğunu deyib.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək.

Tədbirə, həmçinin türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq dəvət olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: