Britaniyalı lord: “Ermənistan itkin düşmüş azərbaycanlılar haqqında məlumat verməkdən imtina edir”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Böyük Britaniya parlamentinə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin müavini lord Tariq Əhməd və Lordlar Palatasının bir neçə üzvü Böyük Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun həmsədri baronessa Kerolayn Koksun anti-Azərbaycan bəyanatına cavab olaraq rəsmi Bakının mövqeyini dəstəklədiklərini bildiriblər.

Lord Qurban Hüseynin fikrincə, Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalar Avropa İttifaqının (Aİ) himayəsi altında iki ölkə arasında normallaşma və sülhün bərqərar olması prosesinin sürətləndirilməsini, eləcə də sülh sazişinin imzalanmasını zəruri edir.

Lord Devid Evans isə Azərbaycan ərazilərinin minalanması probleminə diqqət ayırıb və minaların təmizlənməsi prosesində Azərbaycana göstərdiyi maliyyə yardımına görə Böyük Britaniya hökumətinə təşəkkür edib.

Onun sözlərinə görə, Azərbaycanda mina partlayışları nəticəsində 260 mülki şəxs xəsarət alıb: “Aydındır ki, bu, davam edən insan faciəsidir”.

Lord Devid Evans əlavə edib ki, 3 890 azərbaycanlı hələ də itkin düşmüş hesab olunur və Ermənistan onlar haqqında məlumat verməkdən imtina edir.

Baronessa Pola Uddin vurğulayıb ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistan hələ də itkin düşmüş azərbaycanlılar barədə məlumat verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: