Azərbaycan XİN Efiopiyanı təbrik edib

A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib:

“Bu gün Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Efiopiya hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Efiopiya arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: