Azərbaycan nümayəndə heyəti Çexiyada beynəlxalq konfransda - FOTOLAR
“Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu “Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə başlayıb. Çexiyanın Libereç şəhərində baş tutan konfransda “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynadan olan nümayəndələr təmsil olunur”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev deyib.
Təmraz Tağıyevin sözlərinə görə, konfrasın ilk günündə “Yerli hökumətlərin davamlılğı ilə bağlı transformasiya təcrübəsinin perspektivləri və ötürülməsi” mövzusu ətrafında geniş müzakirə edilməkdədir.
Səfər proqramında Liberec bölgəsindəki bəzi bələdiyyələrin fəaliyyətiylə tanışlıq da nəzərdə tutulub. Kofransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun mövzu ilə əlaqəli çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, konfransda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının beynəlxalq məsələlər üzrə məsləhətçisi Rövşən Məmmədov təmsil edir.