“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə təsdiq olunub

A- A A+

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 5-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb.

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə, şəhid ailələrinin maliyyə dəstəyinin mənbələri artırılıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: