Türkiyədə Azərbaycanın Zəfər Günü qeyd ediləcək

A- A A+

Milli Məclisin deputatları – parlamentin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Anar Məmmədov noyabrın 6-dan 10-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, deputatlar 8 Noyabr – Zəfər Günü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək silsilə tədbirlərə qatılacaq, 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin deputatlarının bir sıra görüşləri də nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: