Əlcəzair portalı: Minalar Azərbaycanın azad olunmuş ərazilərində bərpa işlərinə ən böyük maneədir

A- A A+

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Zəfər Günü münasibətilə keçirilən təbirdə mina problemlərinin işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işlərinə ən böyük maneə olması barədə fikirlərini yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, materialda diqqətə çatdırılıb ki, azərbaycanlı nazir erməni işğalından azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirilməsinin, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə geri dönüşünün təmin olunmasının prioritet məsələ olduğunu deyib. C.Bayramov vurğulayıb ki, azad olunmuş ərazilərdə bərpa işləri sürətlə aparılır, lakin bu prosesə ən böyük maneə mina problemidir. Nazir əlavə edib ki, müharibənin başa çatmasından indiyədək 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub, 45 nəfər həyatını itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: