Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, səfər çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.