“SOCAR Türkiyə”: “Bir şəhəri deyil, ortaq mədəniyyətimizi geri aldıq” - VİDEO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti 8 Noyabr – Zəfər günü münasibətilə yeni çarx çəkib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kadrlarda 2 il öncəki Qarabağ zəfərinin təkcə Azərbaycan deyil, ortaq türk dövlətlərinin qələbəsi olduğu qeyd edilib:
“Bu ecazkar torpaqlar, bu şairlər, bu nəğmələr, bu şah əsərlər, bu bəxtiyar övladlar, bu şanlı bayraq. Şuşa – Vətəninə qovuşarkən təkcə bir şəhəri deyil, ortaq xalq mahnılarımızı, incəsənətimizi, mədəniyyətimizi geri aldıq.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümünü birlikdə qeyd edirik, çünki biz bir millət, iki dövlətik! Biz birik!
SOCAR "birlikdəyik, güclüyük!” mesajı verib.