Pakistanın Baş naziri Azərbaycan Prezidentini və xalqını təbrik edib

A- A A+

“Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik əlaməti olan Qələbə Günündə (Zəfər Günü - red.) səmimi arzularımı çatdırıram”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb.

“Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünü açsın”,- Baş nazir təbrikində bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: