Zəfər Günü münasibətilə İstanbulun rəmzləri Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb - FOTOLAR
Azərbaycanın Vətən müharibəsində əldə edilən şanlı Zəfərin ikinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən 15 İyul - Şəhidlər körpüsü, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbir ölkəmizin İstanbuldakı baş konsulluğunun təşəbbüsü, Türkiyənin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub.