Sarayevonun ən hündür binasında Zəfər Günü ilə bağlı məlumatlar nümayiş etdirilib - FOTOLAR
Azərbaycanın Vətən müharibəsində qazandığı Şanlı Qələbənin ikinci ildönümü münasibətilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun ən hündür binasında Zəfər Günü ilə əlaqədar məlumatlar nümayiş olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə “Sarayevo Biznes və Ticarət Mərkəzi”nin media fasadında 8 Noyabr – Zəfər Günü ilə bağlı məlumatlar nümayiş etdirilib.