Məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - VİDEO
Amerikanın məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviter hesabında paylaşım edib.
“Dövlət Bayrağı Gününüz mübarək”, - səfir şəlalənin videogörüntüsünü paylaşaraq tviter hesabında yazıb.