Perunun paytaxtının küçələrində Azərbaycanla bağlı bilbordlar yerləşdirilib - FOTOLAR

A- A A+

Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində bilbordlar yerləşdirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, böyük ölçülü lövhələrdə Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan Dəmir yumruq, İkinci Qarabağ müharibəsi şəhidlərinin xətirə rəmzi olan Xarıbülbülün əks olunduğu və üzərində “8 Noyabr - Azərbaycanın Zəfər Günü” sözlərinin yazıldığı bilbordlar quraşdırılıb.

Zəfər Gününə həsr olunan təsvir bir neçə gün ərzində nümayiş olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: