Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil olunub.
Noyabrın 8-i axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.
Videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.