Peruda bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

A- A A+

Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonunun bələdiyyə binası Azərbaycan bayrağının rənglərinə bürünüb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: