Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb - FOTOLAR

A- A A+

Bu gün Türkiyə xalqının böyük öndəri Mustafa Kamal Atatürkün vəfatından 84 il ötür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət olunub, xatirəsi yad edilib. 

Anım mərasimində əvvəlcə böyük öndər Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mehmet Emin Kiraz abidə önünə çələng qoyub.

Anım mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındaki hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: