Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.
“Bununla kiprli qardaşlarımızın yalnız olmadığını göstərərək həll prosesinə töhfə veririk. Sizə ayrı-ayrılıqda xüsusi təşəkkür edirəm”, - dövlət başçısı vurğulayıb.