Türk Dövlətləri Təşkilatı Konstitusiya Günü münasibətilə Azərbaycanı təbrik edib

A- A A+

Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə şənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tviter hesabında bildirilib.

“Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, 12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: