Xarici işlər naziri Ceyhun Bayramovun türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub

A- A A+

Noyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, nazir Ceyhun Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: