Azərbaycanın və Rusiyanın Baş nazirləri Bakıda keçiriləcək Regionlararası Forumda iştirak edəcəklər

A- A A+

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.

Həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Tədbirdə Azərbaycan və Rusiya hökumətlərinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, habelə hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: