Azərbaycanın Albaniya, Keniya və İsraildə səfirlikləri açılacaq

A- A A+

Azərbaycan Respublikasının Albaniya və Keniya respublikalarında, eyni zamanda, İsrail Dövlətində səfirlikləri açılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Azərbaycanın Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirliyi paytaxt Nayrobidə, İsraildəki səfirliyi isə paytaxt Təl-Əvivdə yerləşəcək.

Sənəd səsə qoyularaq təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: