Əmək Məcəlləsində dəyişikliklər parlamentdə birinci oxunuşda təsdiq edilib

A- A A+

Milli Məclisdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi təsdiqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Təklif olunan yeni layihəyə əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı məcəlləyə əlavə olunur.

İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq edilir. Belə ki, işə götürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmalıdır, iş yeri, faktiki ünvan işğaldan azad edilmiş ərazidə yerləşməlidir, mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşmalıdırlar. Bu şərtlər daxilində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq 5 təqvim günü əlavə məzuniyyət verilir.

Ağır və zərərli işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərə tətbiq olunan əmsallar eynilə işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə də şamil olunacaq. Həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən olunur. Təklif olunan yeni dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur.

Məcəllənin 159-cu maddəsinə (xüsusi şəraitdə tətbiq edilən əmək haqqı) 2023-cü il yanvarın 1-dən 5 il müddətində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi əlavə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: