Fələstin Dövlətinin xarici işlər naziri Azərbaycanın Ramallahda Təmsilçilik Ofisi açmaq qərarını alqışlayıb
Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Azərbaycan Respublikasının Ramallahda Təmsilçilik Ofisi açması barədə qərarını alqışlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyinə bu dövlətin Xarici İşlər Nazirliyində bildiriblər.
Fələstin XİN-in bəyanatında qeyd olunub ki, rəsmi Bakının bu qərarı ikitərəfli münasibətləri möhkəmləndirmək istiqamətində göstərilən diplomatik səylərdə yeni qələbədir. “Azərbaycan Milli Məclisinin Fələstinlə həmrəylik və xalqımızın hüquqlarını dəstəkləyən bu qərarı Azərbaycanla əlaqələrdə yeni mərhələnin başlanğıcıdır”, -deyə bəyanatda vurğulanıb.