Milli Məclisin deputatı AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək

A- A A+

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 23-də İslandiyanın paytaxtı Reykyavikə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclaslarda Bosniya və Herseqovinada, Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidələrinin nəticələri, Avropa siyasi arxitekturasının möhkəmləndirilməsində Avropa Şurasının rolu və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Səfər noyabrın 26-da başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: