Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin İCAAP-ın Bakıda keçirilən konfransın iştirakçılarına ünvanladığı məktubundan materiallar yayıblar

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına ünvanladığı məktubunda qeyd olunan fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, interpressnews.ge, newsday.ge, interpress.ge, 24news.ge, aktual.ge informasiya portalları Azərbaycan Prezidentinin beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların rolu və Qarabağ münaqişəsi ilə bağlı fikirlərindən xəbərlər hazırlayıblar.

Azərbaycan və gürcü dillərində Azərbaycan Prezidentinə istinadla verilən materiallarda deyilir: “Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: