Müdafiə Nazirliyi: Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır

A- A A+

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”,-deyə məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: