Əlcəzair portalı Prezident İlham Əliyevin Serbiyaya səfərindən yazıb

180

Əlcəzairin geniş oxucu kütləsinə malik olan “Əl Hərir” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri haqqında ərəb dilində xəbərlər yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə,  yayımlanan xəbərlərdə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı serbiyalı həmkarı Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında iki ölkə arasında dostluğun əbədi olacağını bəyan edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir və bu istiqamətdə əlavə addımlar atılacaq.

Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, enerji təminatı baxımından Prezident İlham Əliyevə minnətdarlıq edən Serbiya Prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarının sözünün onun imzasına bərabər olduğunu deyib. O vurğulayıb ki, Prezident İlham Əliyev nəinki Serbiya, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: