Çavuşoğlu: “Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir"

A- A A+

“Can Azərbaycanla münasibətlərimiz müttəfiqlik səviyyəsindədir”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Azərbaycana gedib: "Gürcüstan isə strateji müttəfiqimizdir".

Onun sözlərinə görə, Xəzər keçidli Şərq-Qərb dəhlizinin əhəmiyyəti hər ötən gün artır.

Nazir söyləyib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi yeni fürsətlər yaradıb: “Sınaqların fərqindəyik. Vaxt itirmək niyyətimiz yoxdur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: