Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

A- A A+

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məsələ parlamentin noyabrın 25-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əks edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb.

Sənəd səsə qoyularaq təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: