Azərbaycan Ordusunun Baş Qərargah rəisi ölkəmizin ABŞ-dakı səfirliyində olub

A- A A+

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də ölkəmizin ABŞ-dakı səfirliyində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: