Qarabağ münaqişəsi dövründə itkin düşənlərin 80 faizi hərbçidir

A- A A+

Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxs kimi qeydə alınanların 80 faizi hərbçidir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O söyləyib ki, Azərbaycan və Ermənistan arasında münaqişənin başladığı 1990-cı ildən ümumilikdə 4500 nəfər itkin düşmüş sayılır.

"1990-cı ildən bəri ümumilikdə qeydə alınan bu şəxslərdən 3800 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı və Bərdə ofisində qeydə alınıb. Bunlardan 80 faizi hərbçilərdir", - İ.Hüseynova bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: