Buxarestdə Türkiyənin, İsveçin və Finlandiyanın xarici işlər naziri arasında üçtərəfli görüş olub

A- A A+

NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestdə keçirilən toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İsveçin xarici işlər naziri Tobias Billström və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto arasında üçtərəfli görüş keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkə hesabından verib.

Nazir Mövlud Çavuşoğlu İsveçin və Finlandiyanın NATO-ya üzv olmaq istəyi ilə bağlı alyansın iyun ayında Madriddə keçirilmiş Samitində imzalanan anlaşmanın şərtlərini həmkarlarına xatırladıb və bu barədə real addımların atılmasını gözlədiklərini ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: